Çavuşoğlu Pakistan Xarici İşlər naziri ilǝ görüşdü

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Pakistan Xarici işlər naziri Şah Mahmud Kureyşi ilə görüşdü.

1119276
Çavuşoğlu Pakistan Xarici İşlər naziri ilǝ görüşdü

Görüş, Ankarada  Xarici  İşlər  Nazirliyində  baş  tutdu.

Ankarada  rəsmi  səfərdə  olan  Pakistan Xarici  işlər  naziri Kureyşi və  onu  müşayiət  edən  nümayətdə  heyəti  ilə  Mevlüt  Çavuşoğlu   arasında  baş  tutan  görüşdə  iki  ölkə   əlaqələri  başda  olmaqla  regional  məsələlər   müzakirə  olunub. 

Xarici  işlər  naziri  Çavuşoğlu  görüşdən sonra   “Twitter”  hesabından  yaydığı   bəyanatda,   Pakistanın  Fətullahçı Terror Təşkilatını (FETÖ)   terror təşkilatı  olaraq  qəbul  etməsini   yüksək  qiymətləndirdiyini   ifadə  edərək   bu  ölkəyə  təşəkkürlərini  bildirib. Pakıstanın  qəbul  etdiyi bu qərarın    iki  ölkə  arasındakı   qardaşlığın  göstəricisi  olduğunu   vurğulayıb.   



Әlaqәli Xәbәrlәr