Türkiyə prezidentinin FETÖ açıqlaması

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Fətullahçı terror təşkilatını (FETÖ) terror təşkilatı elan etməsindən sonra Azərbaycanda da buna bənzər bir qərarın qəbul ediləcəyini  söylədi.

1115462
Türkiyə prezidentinin FETÖ açıqlaması

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərin suallarını cavablandırdı.

Pakistanın FETÖ ilə bağlı qərarından danışan Ərdoğan: "FETÖ-nün terror təşkilatı olduğunu onlar da ifadə edirlər. Bundan sonra oradakı bağlanan yerlərin Türkiyə Maarif Vəqfinə təhvil verilməsi prosesi başlayır" dedi.

Azərbaycanda FETÖ məsələsi ilə bağlı bəzi müsbət irəliləyişlərin olduğunu vurğulayan Ərdoğan : "Bu irəliləyişlərə dair müjdəli xəbəri bu axşam, və ya sabah sizə verə biləcəyik" ifadələrini işlətdi.

Qeyd edək ki, Pakistan Ali Məhkəməsi FETÖ-nü terror təşkilatı kimi tanıyıb, ölkədəki bütün FETÖ məktəblərinin Türkiyə Maarif Vəqfinə təhvil verilməsi barəsində hökm verib.

 

 



Әlaqәli Xәbәrlәr