Türkiyə İsrailin yeni qərarını qınadı

Türkiyə İsrailin işğalı altındakı İordan çayının qərb sahilində 2 min 200-ə yaxın yeni mənzil tikilməsinin təsdiqlənməsini sərt şəkildə qınadı.

1114939
Türkiyə İsrailin yeni qərarını qınadı

Türkiyə İsrailin işğalı altındakı İordan çayının qərb sahilində 2 min 200-ə yaxın yeni mənzil tikilməsinin təsdiqlənməsini sərt şəkildə qınadı.

Xarici İşlər Nazirliyinin həmin mövzuyla bağlı açıqlamasında bildirilib: “İsrailin işğalı altındakı İordan çayının qərb sahilində 2 min 200-ə yaxın yeni mənzil tikilməsinin təsdiqlənməsini sərt şəkildə qınayırıq. Bununla bağlı BMT-nin qərarları ilə 4-cü Cenevrə müqaviləsi başda olmaqla beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam edən İsrailin bu qeyri-qanuni qərarını rədd edirik”.

Qeyd edək ki, İsrailin 1967-ci ildən bəridir işğal etdiyi İordan çayının qərb sahilində qeyri-qanuni olaraq 250-yə yaxın yəhudi yaşayış məntəqəsi yaradılıb. Həmin məntəqələrdə yaşayan 400 mindən artıq yəhudi sakin İordan çayının qərb sahilində işğal altında yaşayan fələstinlilər üçün həyatı daha da çətinləşdirir.

İşğal altındakı Şərqi Qüdsdə isə 220 min yəhudi sakinlərin qaldığı, qeyri-qanuni 18 yəhudi yaşayış məntəqəsi var.



Әlaqәli Xәbәrlәr