Türkiyə nümayəndə heyəti Rusiyaya səfər edəcək

Türkiyənin Ədalət və İnkişaf  Partiyasının sözçüsü Ömər Çelik Türkiyə nümayəndə heyətinin şənbə günü Rusiyaya səfər edəcəyini bildirdi.

1114325
Türkiyə nümayəndə heyəti Rusiyaya səfər edəcək

 

 Türkiyənin Ədalət və İnkişaf  Partiyasının sözçüsü Ömər Çelik partiyanın Mərkəzi İcra Komitəsinin iclasından sonra  mətbuat konfransı keçirdi.

Çelik konfransda Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİF) rəhbəri Hakan Fidan və Prezident Aparatının sözçüsü İbrahim Kalından ibarət olan Türkiyə nümayəndə heyətinin şənbə günü Rusiyaya səfər edəcəyini bildirdi.

Sözçü nümayəndə heyətinin  Rusiyada Suriya məsələsi ilə bağlı görüşlər keçirəcəyini qeyd edərək: "Bu görüşlərin nəticəsinə görə arada  telefon danışığı da ola bilər. Prezidentimiz ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin görüşünü nəzərdə tutan bir proqram tutulacaq" dedi.
 
Çelik İran və Rusiya arasında intensiv diplomatiyanın davam edəcəyini və bu diplomatik yolun Astana prosesinin tərəfdaşları və Cenevrə prosesinin tərəfləri ilə də  davam etdiriləcəyini söylədi.
 
 Amerika Birləşmiş Ştatlarının Suriyadan çıxması və ondan sonrakı prosesdə Türkiyənin terrorla mübarizə strategiyasını müttəfiqləri ilə də bölüşəcəyini açıqlayan sözçü: " Bu işlər koordinasiyalı, son dərəcə planlı, proqramlı bir şəkildə davam edəcək" dedi.



Әlaqәli Xәbәrlәr