Türkiyə Nigeriyada törədilən terror hücumunu qınadı

Türkiyə Nigeriyanın şimal-şərqində terror təşkilatı Boko Hram tərəfindən təşkil olunan terror hücumunu qınadı.

1114368
Türkiyə Nigeriyada törədilən terror hücumunu qınadı

 

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı.

Bəyanatda Nigeriyanın  şimal-şərqində yerləşən Yobe əyalətində təhlükəsizlik qüvvələrini hədəf alan terror hücumunda bir çox insanın həlak olması və yaralanması xəbərinin kədərlə qarşılandığı ifadə olunur.

Bəyanatda deyilir: "Bu mənfur hücumu qinayır, Nigeriya xalqına və hökumətinə başsağlığı veririk".

Qeyd edək ki, Nigeriyada ötən gün terror təşkilatı Boko Haramın hücumu nəticəsində 13 təhlükəsizlik işçisi həlak olub.

 



Әlaqәli Xәbәrlәr