Türkiyә Telafәrdә törәdilәn terror aktını qınadı
Türkiyәnin Xarici İşlәr Nazirliyi Telafәrdә törәdilәn terror aktı ilә bağlı açıqlama verdi.
![Türkiyә Telafәrdә törәdilәn terror aktını qınadı](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/d30e/d298/f1ab/5bb31f08807f7.jpg?time=1718861594)
Türkiyә İraqın Mosul şәhәrinin Telafәr rayonunda törәdilәn terror aktını qınadı.
Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada deyilir: ‘‘Mosulun Telafәr rayonunda törәdilәn terror aktı nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Törәdilәn xain hücumu qınayır, Telafәrdә yaşayan Türkmәn soydaşlarımız başda olmaqla qardaş İraq xalqına dәrin hüznlә başsağlığı, xәsarәt alanlara şәfa dilәyirik. Türkiyә İraqın terrora qarşı apardığı mübarizәni dәstәklәmәyә davam edәcәkdir’’.
Qeyd edәk ki, Mosulun Telafәr rayonunda törәdilәn terror aktı nәticәsindә iki nәfәr hәlak olub, 13 nәfәr dә xәsarәt alıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718861594)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718861594)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq