XİN başçısı: "Türkiyə ABŞ-dan “Patriot” raket sistemlərini ala bilər, ancaq Rusiyadan..."

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-dan “Patriot” raket sistemlərini ala biləcəyini, Rusiyadan S-400 raketlərinin alınmasını isə leğv etməyəcəklərini söyləyib.

1113318

Çavuşoğlu paytaxt Ankarada qəzet və televiziya kanallarının Ankara nümayəndələrilə 2018-ci ilin yekunlarını qiymətləndirib.

Çıxışında ABŞ prezidenti Donlad Trampın nəzərdə tutulan Türkiyə səfərinə toxunan Çavuşoğlu Trampın ölkəmizə edəcəyi səfər üçün hələ dəqiq tarixin məlum  olmadığını bildirib.  Nazir deyib ki, ABŞ-ın Suriyadan geri çəkilməsinin necə koordinasiya ediləcəyi və meydanda boşluq yaranmasının qarşısının necə alınacağı xarici işlər, müdafiə nazirləri və əsgərlər səviyyəsində qarşılıqlı müzakirə olundu. ABŞ-ın hərbi qüvvələrini Türkiyə üzərindən çəkmək barədə bir istəyi olmadı. Belə bir tələb olacağı təqdirdə qiymətləndirərik.

Bəşər Əsəd rejiminin terror təşkilatı YPG/PKK ilə mübarizə aparacağını zənn etmədiyini dilə gətirən Çavuşoğlu Fransanın isə YPG/PKK-nı qorumaq məqsədilə Suriyada qalacağı təqdirdə bunun Fransaya və YPG/PKK-ya xeyri olmayacağını söyləyib.

Çıxışında hava müdafiə sistemlərinin tədarükü məsələsinə də toxunan Çavuşoğlu Türkiyənin ABŞ-dan “Patriot” raket sistemlərini ala biləcəyini, ancaq Rusiyadan S-400 raketlərinin alınmasını isə leğv etməyəcəklərini ifadə edib.

Әlaqәli Xәbәrlәr