“Türkiyǝ ilǝ Aİ ǝlaqǝlǝrindǝ normallaşma prosesi başlayıb”:M.Çavuşoğlu

Türkiyə ilə Avropa İttifaqı arasında normallaşma prosesi başladı. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu qəzet və telekanalların Ankaradakı nümayǝndǝlǝri ilǝ tǝşkil etdiyi yığıncaqda deyib

1113481
“Türkiyǝ ilǝ Aİ ǝlaqǝlǝrindǝ normallaşma prosesi başlayıb”:M.Çavuşoğlu

Avropa İttifaqı ilǝ Türkiyǝnin alyansa üzvlük müzakirǝlǝrinin dayanmasına baxmayaraq yaxınlaşma prosesinin başladığını ifadǝ edǝn Xarici işlǝr naziri Çavuşoğlu, bu çǝrçivǝdǝ konkret nǝticǝlǝr görmǝk istǝdiklǝrini, Avropa ittifaqınin viza rejiminin lǝğvi, Gömrük Birliyi müqaviləsinin yenilənməsi, miqrasiya razılaşmasıyla əlaqədar problemlǝrin hǝlli başda olmaqla öhdǝliklǝrinǝ ǝmǝl etmǝsini gözlǝdiklǝrini vurğulayıb.

Avstriyanın çüt vǝtǝndaşlıq mǝsǝlǝsiylǝ ǝlaqǝli qǝbul etdiyi qǝrarlara da toxunan Çavuşoğlu: "Avstriyanın çüt vǝtǝndaşlıqla ǝlaqǝli qǝbul etdiyi qǝrarlar çǝrçivǝsindǝ bǝzi vǝtǝndaşlarımız, Avstriya vǝtǝndaşlığından çıxarıldılar. Ancaq bu qǝrarların ‘Konstitusiya Məhkəməsi’ tǝrǝfindǝn lǝğv edilmǝsi, irqçi partiyanın iqtidarda olmasına baxmayaraq, Avstiya dövlǝt orqanlarında hǝlǝ dǝ demokratiya vǝ insan hüquqlarının olduğunu göstǝrir.

Yunanıstanla əlaqələrə toxunan Çavuşoğlu, bu ölkǝ ilǝ Yüksək Səviyyəli Əmǝkdaşlıq zirvə toplantısını reallaşdıracaqlarını, Yunanıstan Baş nazirinin Ankarada rǝsmi sǝfǝrdǝ olacağını qeyd edib.

O, Rusiya ilə münasibətlərin müsbət zəmində inkişaf etmǝkdǝ davam etdiyini, xüsusiylǝ iki ölkǝ liderlǝri arasında güclü dialoq olduğunu, bunun isǝ dostluq vǝ ticari ǝmǝkdaşlıq başda olmaqla bir çox sahǝdǝ ortaq layihǝlǝrin hǝyata keçirilmǝsinǝ töhfǝ verdiyini xatırladıb. Rusiya ilǝ Ukrayna arasındakı problemlǝrǝ baxmayaraq rǝsmi Ankaranın hǝr iki ölkǝyǝ qarşı balanslı siyasǝt izlǝdiyini, Qaradənizdə yaşanan Kerç boğazı gǝrginliyinin sona çatması uğrunda  ǝlindǝn gǝlǝn sǝyi etdiyini bildirib.

Çavuşoğlu qeyd edib ki:“Türkiyə, Balkanları da yaxından izlǝyir. Makedoniyanın adının dǝyişdirilmǝsinǝ cǝhd edilǝn prosesdǝ Makedon xalqının qərarına lazımlı dǝstǝyi verdik. Bosniya vǝ Herseqovinada seçkilər keçirildikdǝn sonra hökumətin formalaşma prosesini yaxından izlədik. Serbiya ilə Kosovo arasındakı gərginliyi sona çatdırmaq üçün prezident seviyyǝsindǝ danışıqlar aparıldı. Gürcüstan ilǝ birlikdə üçtǝrǝfli vǝ dördlü mexanizmlərlə Türkmənistan və Orta Asiyanın da daxil edilməsiylə tarixi İpək Yolu başda olmaqla əhəmiyyətli layihǝlǝrin hǝyata keçirilmǝsi üçün lazımlı addımları atdıq.

Qlobal sistem ilǝ ǝlaqǝli sorğu aparılmalıdır. Avropa Şurası Parlament Assambleyası radikal hal aldığı üçün daxili nizamnamǝ, hǝmçinin BMT islahat tǝlǝb edir. İkinci Dünya Müharibəsindən sonra yaradılan bu iki tǝşkilat daha Avropanın və dünyanın gözləntilərini qarşılamaqda kifayətsizdir”-deyǝ  çavuşolu vurğulayıb.



Әlaqәli Xәbәrlәr