Hulusi Akarın əməliyyatla bağlı açıqlaması

Milli Müdafiə naziri Hulusi Akar paytaxt Ankarada jurnalistlərin gündəmə dair suallarına cavab verib.

1113376
Hulusi Akarın əməliyyatla bağlı açıqlaması

Milli Müdafiə naziri Hulusi Akar paytaxt Ankarada jurnalistlərin gündəmə dair suallarına cavab verib.

Jurnalistlərdən biri “Suriyaya (Terror təşkilatı YPG/PKK-ya qarşı) əməliyyat nə zaman olacaq” sualına nazir Akar belə cavab verib: “Bütün hər şey planlaşdırıldı, proqram hazırdır. Hər şey zamana uyğun şəkildə davam edir.”

Başqa bir jurnalistin ABŞ ilə YPG/PKK-nın işğalındakı Münbiçin terrordan azad edilib bölgə sakinlərinə təhvil verilməsilə əlaqədar razılaşma əldə olunan Münbiç Yol Xəritəsinə dair sualına cavabən Hulusi Akar deyib ki, hər hansı problem yoxdur. ABŞ ilə birlikdə təqvim planlaşdırılacaq. Bununla bağlı olaraq mətbuata məlumat veriləcək.

Prezident Trampın Amerika əsgərlərini Suriyadan çıxaracağını açıqlamasından sonra ABŞ-dakı istefa qərarlarına dair suala cavabən isə Akar bildirib ki, bu, onların öz qərarıdır, ölkənin daxili işləridir.

Jurnalistlərdən birinin “(Rusiyadan) S-400 raket sistemlərinin alınmasına dair problemin olub olmadığı" sualına cavab verən Akar “Proses planlaşdırıldığı kimi davam edir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr