Türkiyə prezidenti ölkənin xristian vətəndaşlarını Milad bayramı münasibətilə təbrik etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin xristian dininə mənsub vətəndaşlarını 24 Dekabr Milad bayramı münasibətilə təbrik etdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin xristian dininə mənsub vətəndaşlarını 24 Dekabr Milad bayramı münasibətilə təbrik etdi.
Ərdoğan təbrikində: "Mənsubu olduğumuz mədəniyyətin dəyərləri istiqamətində, insanlar arasında mənşə, irq, dil, din və məzhəb ayrı-seçkiliyi edilməməsinə tarix boyu olduğu kimi, bu gün də maksimum diqqət göstərir, bütün vətəndaşlarımızın öz mədəniyyət, din və ənənələrini azad şəkildə yaşamasına böyük əhəmiyyət veririk" deyə bildirdi.
Ərdoğan müxtəlif mədəniyyət və ənənələrin əsrlərlə sülh şəraitində bir yerdə yaşadığı bu coğrafiyada fərqlilikləri zənginlik olaraq görmənin, qarşılıqlı hörmət və ədalətin, din və ibadət azadlığının əsas tutulmasının birlik və bərabərliyi daha da gücləndirdiyinə inandıqlarını ifadə etdi.
Türkiyə prezidenti: "Xristian vətəndaşlarımızın qeyd etdikləri Milad bayramının həmrəylik və qarşılıqlı hörmət iqliminin inkişafına vəsilə olmasını diləyir, başda xristian vətəndaşlarımız olmaqla, bütün xristian aləminin Milad bayramını təbrik edirəm" dedi.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...