Ərdoğan "Üstün müsəlman şəxsiyyəti” mükafatı ilə təltif olunacaq
Türkiyə Respublikasının pezidenti Rəcəb Tayyib Ərdoğana İslam dünyası və beynəlxalq ictimaiyyətdəki nüfuzuna görə 2018-ci ilin “Üstün müsəlman şəxsiyyəti” mükafatı veriləcək.
Türkiyə Respublikasının pezidenti Rəcəb Tayyib Ərdoğana İslam dünyası və beynəlxalq ictimaiyyətdəki nüfuzuna görə 2018-ci ilin “Üstün müsəlman şəxsiyyəti” mükafatı veriləcək.
Nigeriyanın “Muslim News Nigeria” qəzetinin redaktoru Rəşid Əbubəkir bu barədə açıqlama verərək: “2018-ci ilin “Üstün müsəlman şəxsiyyəti” mükafatını həm İslam dünyasında, həm də beynəlxalq ictimaiyyətdə mübahisəsiz təsiri və gücə malik Türkiyə prezidenti Ərdoğana verdik" dedi.
Prezident Ərdoğanın hər zaman məzlumların yanında olduğuna diqqət çəkən Əbubəkir:"Son zamanlar ərəb ölkələri o cümlədən, Səudiyyə Ərəbistanı İsrailin fələstinliləri öldürməsi məsələsində səssiz qaldı və Ərdoğan İsrailə qarşı səsini yüksəldən bir lider oldu" deyə danışdı.
Türkiyə prezidentinin uyğur türklərinin və Arakan müsəlmanlarının da yanında olduğunu qeyd edən redaktor: " Nigeriyalı müsəlmanlar Ərdoğana böyük dəstək verirlər" dedi.
Əbubəkir müsəlman liderlərini İslam dünyasındakı problemlərin həlli ilə bağlı daha çox səy göstərməyə çağırdı.
Qəzetin dəyərləndirməsində prezident Rəcəb Tayyib Ərdoğandan sonra Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ikinci, Malayziyanın Baş naziri Mahathir Məhəmməd üçüncü yeri tutdular.
Ayda iki dəfə nəşr olunan “Muslim News Nigeria”da Nigeriya başda olmaqla, İslam dünyasından xəbərlər dərc olunur.