Hulusi Akar Әfqanıstana sәfәr edib

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar Әfqanıstanın paytaxtı Kabilә sәfәr edib.

1111638
Hulusi Akar Әfqanıstana sәfәr edib
akar afganistan3.jpg
akar afganistan2.jpg
akar afganistan1.jpg

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar Әfqanıstanın paytaxtı Kabilә sәfәr edib.

Hulusi Akar sәfәri çәrçivәsindә olk olaraq Türkiyәnin Әfqanıstandakı komandanlığına baş çәkib. Burada çıxış edәn Hulusi Akar Türkiyәnin әtrafında әhәmiyyәtli proseslәrin baş verdiyinә diqqәt çәkib.

Akar  çıxışı zamanı FETÖ, PKK/PYD vә DEAŞ terror tәşkilatlarına qarşı aparılan mübarizәnin davam etdirildiyini vurğulayıb.

Terror tәşkilatı PKK-nın İraqın şimalındakı mövcudluğuna diqqәt çәkәn Hulusi Akar  Sincar vә Karaca bölgәlәrindәki terror hәdәflәrinә qarşı keçirilәn әmәliyyatlara toxunaraq deyib: ‘‘Nә Suriyanın şimalında terror dәhlizinә, nә dә Sincarın Kandil kimi terrorçuların yuvasına çevrilmәsinә icazә vermәyәcәyik’’.

Egey vә Aralıq dәnizlәrindә Türkiyәnin vә Şimali Kıbrıs Türk Respublikasının haqqlarını qoruyacaqlarını ifadә edәn Hulusi Akar: ‘‘Ölkәmizin vә xalqımızın hüquqlarını qoruyacağıq’’ deyә vurğulayıb.

Hulusi Akar Kabilә etdiyi sәfәr çәrçivәsindә hәmçinin bәzi hәrbçilәr ilә görüşüb.

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar daha sonra Әfqanıstan Müdafiә Nazirliyinә baş çәkib. Nazirlikdә hәrbi mәrasimlә qarşılanan Hulusi Akar xatirә dәftәrinә ürәk sözlәrini yazıb.

Hulusi Akar Әfqanıstan Müdafiә naziri Tarık Şah Bahrami ilә keçirdiyi görüşdәn sonra ölkәnin Dövlәt başçısı Әşrәf Qani ilә bir araya gәlib.

Qeyd edәk ki, Hulusi Akar Әfqanıstanın birinci vitse-prezidenti Raşid Dostumla da görüşüb.



Әlaqәli Xәbәrlәr