Türkiyәnin Milli Müdafiә naziri Pakistanın Baş naziri ilә görüşüb
Nazir Hulusi Akar hәmkarı Pәrviz Hattakla keçirdiyi görüşdәn sonra ölkәnin Baş naziri tәrәfindәn qәbul edilib. Mәlumata әsasәn görüşdә Türkiyә-Pakistan münasibәtlәri qiymәtlәndirilib.
Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar Pakistan Silahlı Qüvvәlәrinin Baş Qәrargahı vә Müdafiә Nazirliyindә olub.
Nazir Hulusi Akar hәmkarı Pәrviz Hattakla keçirdiyi görüşdәn sonra ölkәnin Baş naziri tәrәfindәn qәbul edilib. Mәlumata әsasәn görüşdә Türkiyә-Pakistan münasibәtlәri qiymәtlәndirilib.
Pakistan Baş nazir Pәrviz Xan Türkiyә-Pakistan әlaqәlәrinә böyük әhәmiyyәt verdiklәrini bildirib.
Xan Pakistan xalqının Prezident Rәcәb Tayyib Әrdoğana böyük hörmәt göstәrdiyini qeyd edib.
Pakistan Baş naziri Türkiyә ilә ticarәt vә müdafiә sahәlәrindә әmәkdaşlığı inkişaf etdirmәk istәdiklәrini vurğulayıb.
Hulusi Akar isә öz növbәsindә Pәrviz Xana Rәcәb Tayyib Әrdoğanın salamını çatdırıb vә Pakistan liderinin Türkiyәyә sәfәr etmәsini gözlәdiklәrini ifadә edib. Hulusi Akar Pakistanın terrora qarşı apardığı mübarizәni yüksәk qiymәtlәndirdiyini dә vurğulayıb.
Görüşdә hәmçinin regional mәsәlәlәrin müzakirә olunduğu bildirilib.
Qeyd edәk ki, Hulusi Akar daha sonra ölkә prezidenti Arif Alvi ilә görüşüb.
Görüşdә Türkiyәnin İslamabaddakı sәfiri İhsan Mustafa Yurdakul da iştirak edib.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq