Rәcәb Tayyib Әrdoğan vә Hәsәn Ruhani birgә mәtbuat konfransı keçirdilәr

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vә İran Prezidenti Hәsәn Ruhani Prezident İqamәtgahında keçirilәn Türkiyә-İran Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının iclasına sәdrlik etdilәr.

1110816

İclasdan sonra birgә mәtbuat konfransı keçirildi.

Mәtbuat konfransında çıxış edәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Bölgәmizdә yaşanan qarşıdurmaların sona çatması vә  sülhün tәmin edilmәsi üçün Türkiyәnin  vә İranın birgә ata  bilәcәyi çox addım var''.

Rәcәb Tayyib Әrdoğan ölkәsinin vә bölgәnin sabitliyini  vә tәhlükәsizliyini hәdәfә alan heç bir addıma icazә vermәyәcәklәrini bildirib.

İrana tәtbiq olunan sanksiyalara qarşı bu ölkәnin yanında olmağa davam edәcәklәrini bildirәn RәcәbTayyib Әrdoğan: ‘‘İrana qarşi artan haqsız tәzyiqlәrin şiddәtlәdiyi bu dövrdә qardaş İran xalqının yanında olmağa davam edәcәyik. Amerika Birləşmiş Ştatlarının  İrana qarşı sanksiya qərarının bölgənin  təhlükəsizliyini və sabitliyini təhlükəyə atdığını, Türkiyə olaraq bu qərarı dəstəkləmәdiyimizi bir daha vurğulayıram" deyә qeyd edib.

İran prezidenti Hәsәn Ruhani isə öz növbәsindә heçkimin İran  ilə Türkiyə arasındakı sәmimi qonşuluq vә  qardaşlıq münasibәtlәrini poza bilmәyәcәyini deyib.

Hәsәn Ruhani iclasda iki ölkә arasındakı münasibәtlәr başda olmaqla regional  vә beynәlxalq mәsәlәlәri müzakirә etdiklәrini deyib.

Әlaqәli Xәbәrlәr