M.Çavuşoğlu ABŞ  dövlət  katibiylə  danışdı

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Suriyadan qoşunlarını çıxaracağını bildirən ABŞ-nın dövlət departamentinin rəhbəri Mike Pompeo ilə görüşdü.

1110254
M.Çavuşoğlu ABŞ  dövlət  katibiylə  danışdı

İki həmkarın danışığı zamanı ABŞ-ın hərbi birləşmələrinin Suriyadan çıxmasına dair qərar müzakirə edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp “Twitter” hesabından yaydığı açıqlamada rəhbərliyi dövründə terror təşkilatı DEAŞ-ın darmadağın edildiyini, daha Amerika əsgərlərinin Suriyada qalmaları üçün heç bir səbəb olmadığını bildirib.

Ağ Evin sözçüsü Sarah Sanders də DEAŞ-a qarşı mübarizədə yeni mərhələyə qədəm qoyulduğu üçün bölgədən əsgərləri çıxarmağa başladıqlarını qeyd edib.

ABŞ mətbuatının dövlət katibliyinin rəsmilərinə əsaslandırdığı xəbərlərdə isə bildirilir ki, dövlət katibliyinin Suriyadakı işçiləri, sutka ərzində ölkədən ayrılacaqlar. Əsgərlər isə 60-100 gün ərzində çıxarılacaq.

Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi rəsmiləri bildirirlər ki, əsgərlər bölgədən çəkilsə də yerli tərəfdaşlarla əməkdaşlıq davam edəcək.

ABŞ-ın Suriyadakı hərbiçiləri çıxarmağa başlayacağı tarix, bütün ünsürlərini çəkib çəkməyəcəyi, terror təşkilatı YPG / PKK ilə nə şəkildə əməkdaşlıq edib etməyəcəyi, məhz Türkiyəyə verdiyi vədlər çərçivəsindǝ terror təşkilatına verdiyi silahları nə vaxt toplamaya başlayacağı kimi suallar hələ də cavab gözliyirlər.



Әlaqәli Xәbәrlәr