Türkiyənin Ticarət naziri Hindistanda

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan rəsmi heyətlə bərabər 17 dekabrda Hindistana gedir.

1107962
Türkiyənin Ticarət naziri Hindistanda

  Türkiyənin Ticarət naziri Ruhsar Pekcan rəsmi heyətlə bərabər 17 dekabrda Hindistana gedir.

  Sözügedən səfərlə əlaqədar R.Pekcan 18 dekabrda Türkiyə Ticarət Nazirliyi Koordinasiya və Xarici İqtisadi Əlaqələr Şurası, Hindistan Ticarət Nazirliyi və Hindistan Ticarət və Sənaye Palatası Federasiyasının (FICCI) birgə təşkilatçılığı ilə Türkiyə-Hindistan İş Forumunun açılışında iştirak edəcək.

  Forumda Hindistan Ticarət, Sənaye və Mülki Aviasiya naziri Sureş Prabhu ilə yanaşı iki ölkənin özəl sektor qurum və firmalarının da nümayəndələri olacaq.

  Türkiyənin Ticarət naziri Hindistanın tanınan firmalarının idarə heyətləri rəhbərlərilə bir araya gələcək.

  Səfərin əsas gündəm maddələri iki ölkə arasındakı mövcud ticarət həcminin qarşılıqlı fayda əsasında balanslı şəkildə inkişaf etdirilməsi, inşaat, avtomobil, kənd təsərrüfatı, turizm, səhiyyə, informasiya və rabitə texnologiyaları, maliyyə və maddi-texniki sahələrdə iş birliyi və qarşılıqlı investisiya imkanlarını artırmaqdır.

  Ruhsar Pekcan 19 dekabrda Türkiyəyə dönəcək.

  Qeyd edək ki, Türkiyə-Hindistan arasındakı ikitərəfli ticarət həcmi 2002-ci ildə 637 milyon dollar ikən 2017-ci ilin sonundan təxminən 11 dəfə artaraq 7 milyard dollara qalxıb, 2018-ci ilin 10 ayında isə 7,4 milyard dollarlıq rəqəmə çataraq keçən ilin ümumi ticarət həcmini keçib.



Әlaqәli Xәbәrlәr