Rәcәb Tayyib Әrdoğan :‘‘Bir gecә qәflәtәn gәlә bilәrik’’

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan  Fәrat çayının şәrqindә separatçı terror tәşkilatı YPG/PKK terrorçularına qarşı hәr an әmәliyyat  keçirә bilәcәklәrini deyib.

1108640
Rәcәb Tayyib Әrdoğan :‘‘Bir gecә qәflәtәn gәlә bilәrik’’

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan  Fәrat çayının şәrqindә separatçı terror tәşkilatı YPG/PKK terrorçularına qarşı hәr an әmәliyyat  keçirә bilәcәklәrini deyib.

Konyanın  Mövlana meydanında baş tutan açılış mәrasimindә iştirak edәn Rәcәb Tayyib Әrdoğan xalqa xitab edib.

Rәcәb Tayyib Әrdoğan çıxışı zamanı Suriyada 2011-ci ildә başlayan vәtәndaş müharibәsi nәticәsindә 1 milyon günahsız insanın hәlak olduğunu söylәyib.

"DEAŞ bəhanəsi ilə Suriyaya daxil olan qüvvələr bölgәdәki mövcudluqlarını davam etdirirlәr. Biz sərhədlərimiz boyu terror dәhlizlәrinin yaradılmasına icazә vermәyәcәyik. Üç ayrı әmәliyyat hәyata keçirdik. Keçәn hәftә Fәrat çayının şәrqindә hәrbi әmәliyyat keçirәcәyimizi elan etdik’’ deyә Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan qeyd edib.

‘‘Bir gecә qәflәtәn gәlә bilәrik’’ deyәn Rәcәb Tyyib Әrdoğan: ‘‘Bölgәdәki ABŞ әsgәrlәrinә zәrәr vermәyәcәk şәkildә hәr an Suriya әrazisindә әmәliyyat keçirә bilәrik. Qәhraman ordumuz әmәliyyata hazırdır. Bir gecә qәflәtәn gәlә bilәrik. Hәr an terrorçulara әn ağır zәrbәni vura bilәrik. Terrorçular tәşvişә düşüb çuxurlar qazırlar. Әsgәrlәrimiz onları hәmin çuxurlara basdıracaq’’ deyә qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Trump ilə cümə günu telefon  әlaqәsi saxladıqlarını vә bu mәsәlәni müzakirә etdiklәrini bildirәn Rәcәb Tayyib Әrdoğan: ‘‘Cәnab Trampla bu mәsәlәni müzakirә etdik. Bu bölgәni terrorçulardan azad edәcәyik’’ deyib.

 



Әlaqәli Xәbәrlәr