"Suriya yanğınında Avropa və avropalılar haradadır?" İ.Kalın

Qətərdə təşkil edilən 18-ci Doha Forumunda iştirak və çıxış edən İ.Kalın dedi...

1107783
"Suriya yanğınında Avropa və avropalılar haradadır?" İ.Kalın

  Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın Türkiyənin Suriyanın şimalındakı separatçı terror təşkilatı YPG/PKK hədəflərinə planlaşdırdığı hərəkatın yalnız öz xeyri üçün yox, eyni zamanda, Suriyanın bütövlüyü üçün olduğunu bildirdi.

  Qətərdə təşkil edilən 18-ci Doha Forumunda iştirak və çıxış edən İ.Kalın Fərat çayının şərqinə həyata keçirilməsi planlaşdırılan əməliyyatla bağlı bunları söylədi:

  "PKK və onun Suriyadakı davamı tərəfindən idarə olunacaq kiçik dövlət və ya dövlətə bənzəri bir quruluşun meydana gəlməsinə göz yuma bilmərik. Çünki bu, bizim milli təhlükəsizliyimizə birbaşa təhdid yaradır. Sərhədlərimizi qorumaq üçün hər cür tədbir görmüşük. Bu, yalnız özümüz deyil, həm də Suriyanın bütövlüyü üçündir."

  İbrahim Kalın Fələstin və Suriya mövzuları ilə bağlı Avropaya səslənərək: "Suriya yanğınında Avropa və avropalılar haradadır?" deyə soruşaraq davam etdi:

  "Bir çoxları geosiyasi məsələlərdə əvvəlcə Avropa və Amerika Birləşmiş Ştatlarının mövqeyini gözlədi, ABŞ-ın mövqeyi bəlli olduqdan sonra da vəziyyətlərini müəyyən etdiklərini düşünürlər."

  Oktyabr ayında İstanbulda təşkil edilən, Türkiyə, Rusiya, Fransa və Almaniyanı bir araya gətirən Suriya Zirvə Toplantısına da toxundu:

  “İdlibdə atəşkəsin təmin edilməsi və konstitusiya komitəsi yaradılması mövzularında proseslər irəliyə doğru gedir. Bununla belə Suriyada görüləcək çox iş var.

  Fələstin məsələsində də Avropanın heç bir təsiri yoxdur. Ümumiyyətlə, Suriya və digər məsələlərin həllində nəinki Avropa, İslam dünyası da etibarlılıq nümayiş etdirmir. Amma yenə də daha çox İslam ölkələrini həll yolu tapmağa çağırırıq.”



Әlaqәli Xәbәrlәr