FETÖ dəstəbaşı və əlaltıları Türkiyəyə qaytarılacaq

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana Fətullahçı terror təşkilatı (FETÖ) dəstəbaşının qaytarılacağına çalışdıqlarını söylədiyini açıqladı.

1107935

  Qətərdə Doha Beynəlxalq Forumunda iştirak və çıxış edən M.Çavuşoğlu Argentinanın Buenos-Ayres şəhərindəki G 20 zirvə toplatısındakı Tramp-Ərdoğan görüşünü xatırladaraq deyib:

  “ABŞ prezidenti Donald Tramp ölkə başçımız Rəcəb Tayyib Ərdoğana Pensilvaniyada himayə edilən Fətullahçı terror təşkilatı (FETÖ) dəstəbaşının və əlaltılarının qaytarılacağına çalışdıqlarını söylədi.

  Xarici İşlər Nazirliyi 84 adamın geri qaytarılması istənən ümumi siyahını ABŞ-a çoxdan göndərib.

  Yaxınlarda ABŞ-ın Federal Tədqiqat Bürosu – FBİ FETÖ-nun vergi qaçaqçılığı barədə də apardığı araşdırmanı ortaya qoyub”.

Әlaqәli Xәbәrlәr