"Ürəyimizin yarısı Məkkə, yarısı Mədinə, bunların üstündə isə bir tül kimi Qüds vardır", R.T.Ərdoğan

İstanbulda keçirilən Parlamentlərarası Qüds Platformasının İkinci Konfransında çıxış edən Ərdoğan dedi...

1107240
"Ürəyimizin yarısı Məkkə, yarısı Mədinə, bunların üstündə isə bir tül kimi Qüds vardır", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsün yalnız Fələstindəki bir ovuc müsəlmanın deyil, hər kəsin ortaq məsələsi olduğunu deyib.

  İstanbulda keçirilən Parlamentlərarası Qüds Platformasının İkinci Konfransında çıxış edən Ərdoğan deyib:

  “Mübarizələri Qüdslə birlikdə bəşəriyyətin şərəfinə də sahib çıxmaq olan, işğalçılar qarşısında ümməti-Məhəmmədin izzətini çeynətməyən qəhrəmanlara Türkiyə və türk xalqı adından minnətdarlığımı bildirirəm.

  Quds savaşı yalnız Fələstindəki bir ovuc müsəlman davası deyil. Bu, hamımızın birgə davası, hamımızın ortaq məsələsidir.  

  Ürəyimizin yarısı Məkkə, yarısı Mədinədədir. Bunların üstündə bir tül kimi Qüds vardır.

  Allah elçisinin (Məhəmməd Peyğəmbər) Meraca yüksəldiyi bu müqəddəs şəhəri İstanbul, Qahirə, Bağdad, Məkkə və Mədinədən ayırmadan sevirik. Məhz buna görə də “Qüds bizim qırmızı xəttimizdir” deyirik.

  İsrail son 50 ildir qərəzli şəkildə Qüdsdəki İslam irsinin izlərini silməyə çalışır. Amma silə bilməyəcəksiniz. Oradan buraya, buradan oraya səfirlik, baş konsulluq daşımaqla özünüzü aldadırsınız. İsrailin işğalının davam etməsinin əsas səbəbi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası üzvlərindən aldığı dəstəkdir.

  İsrailin ərköyünlüyünə reaksiya göstərilməlidir."



Әlaqәli Xәbәrlәr