"Bu bölgədə sabitliyin hakim olması ABŞ-ın Türkiyə ilə koordinasiyasından asılıdır", J.Danford

ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford (Joseph Dunford) türkiyəli həmkarı Yaşar Gülərlə telefonla danışdı.

1106638
"Bu bölgədə sabitliyin hakim olması ABŞ-ın Türkiyə ilə koordinasiyasından asılıdır", J.Danford

ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford (Joseph Dunford) Türkiyənin Baş Qərargah rəisi Yaşar Gülərlə telefonla danışdı.

ABŞ Baş Qərargahının sözçüsü polkovnik Patrik Riderin (Patrick Ryder) açıqlamasına görə, iki komandan Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab olaraq Suriyanın şimal-şərq sərhədində yaradılan nəzarət məntəqələri daxil qarşılıqlı təhlükəsizlik mənfəətlərini müzakirə ediblər.  

  Rider Danfordun həmkarı Gülərə nəzarət məntəqələrinin Türkiyəyə Suriyadan tərəf ola biləcək hər hansı təhdidi aradan qaldırmaq məqsədli olduğunu bildirib.

  İki ölkənin kilid NATO müttəfiqi olaraq illərdir davam edən güclü hərbi əlaqələrə sahib olduğunu qeyd edən sözcü deyib ki, Danford həmin zamanda Suriyanın şimal-şərqində sabitliyin hakim olmanın ABŞ-ın Türkiyə ilə koordinasiya cəhdlərindən asılı olduğunu bir daha dilə gətirmişdir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi daha əvvəl Müdafiə naziri Cim Mattisin elan etdiyi Suriya ilə Türkiyə sərhədində nəzarət məntəqələri qurmağa başladıqlarını açıqlamışdı, ancaq bunların sayı və harada qurulacağına dair məlumat yaymamışdı.



Әlaqәli Xәbәrlәr