"ABŞ-ın atdığı bu addıma Türkiyə həssas yanaşır", Ö.Çelik

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik ABŞ-ın Suriyanın şimal-şərqində 35-40 nəfərə təlim keçməsilə bağlı xəbərlərə Türkiyənin həssas yanaşdığını bildirdi.

1105076
"ABŞ-ın atdığı bu addıma Türkiyə həssas yanaşır", Ö.Çelik

ABŞ-ın Suriyanın şimal-şərqində 35-40 nəfərə təlim keçməsilə bağlı xəbərlərə Türkiyə həssas yanaşır.

Bunu Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik yaydığı açıqlamada bildirib.

Çelik daha əvvəl DEAŞ-la mübarizə etmək bəhanəsilə başqa terrorçu təşkilatlara yük maşınları ilə yardımlar çatdırıldığını qeyd edərək deyib ki, keçmişdə eyni səhv addımları  Əfqanıstanda atdılar. ABŞ rəsmiləri bundan dərs götürməlidir. Başqa terror təşkilatları ilə mübarizə etmək üçün Əfqanıstanda bəzi terror təşkilatları dəstəkləndi, amma bu təşkilatlara nəzarət etmək mümkün olmadığı zaman dünyanın başına belə oldular.

Suriyanın şimal-şərqində 35-40 nəfərə təlim keçməkdən danışmağın Türkiyə Cümhuriyyəti üçün oradaki terror ünsürlərinə yeni dəstək mənası daşıdığını vurğulayan sözcü bildirib ki, Türkiyə Cümhuriyyəti Dövləti qarşısındakı güc kim olarsa olsun milli təhlükəsizliyinə yönəldilmiş bir təhdid olduğu zaman bunu aradan qaldıra bilmək üçün dərhal addım atacaqdır. Bundan heç kəsin şübhəsi olmasın.



Әlaqәli Xәbәrlәr