"Gezi parkı hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət İstanbuldakı Gezi parkı hadisələrində insan haqlarından danışıb, onu müdafiə edənlərin, Fransda, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor olduqlarını söylədi.

1104017
"Gezi parkı hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün”, R.T. Ərdoğan

“İstanbuldakı Gezi parkı hadisələrində insan haqlarından danışıb, onu müdafiə edənlər, Fransda, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor oldular”.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Parrtiyasının mərkəzi qərargahında 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən “İnsanlığın mədəniyyəti” və “İnsanlığa ümid: Türkiyə” adlı tədbirdə deyib.

Ərdoğan çıxışında deyib ki, Gezi hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün. Etmədilər, hadisələri yayımlamadılar. Çünki səmimi və dürüst deyillər.

Türkiyəyə milyonlarla qaçqın axışarkən bizi sərhədlərimizi açmağa dəvət edənlər indi öz torpaqlarına yönələn eyni insanları tikanlı məftillər və divarlar başda olmaqla ən sərt tədbirlərlə qarşıladılar. Kim insan hüquqları müdafiəçisidir? Bizmi, onlarmı? deyə sual edən Ərdoğan qeyd edib ki, artıq heç kəs ölkəmizə demokratiya, insan hüquqları, azadlıqlar dərsi keçməyə təşəbbüs edə bilməz. Sadəcə 15 iyul 2016-cı ildəki çevriliş cəhdi qarşısında ortaya qoyulan mövqe ilə şəhərlərimizdə qonaq etdiyimiz milyonlarla qaçqına göstərdiyimiz qardaşlıq bizi insan hüquqları və demokratiya mövzusunda bizə bəraət qazandırmaqda kifayətdir. Bundan sonra demokratiya və insan hüquqları dedikdə xatırlanacaq ölkə əsla Türkiyə deyildir.



Әlaqәli Xәbәrlәr