Yıldırım: "İran, Rusiya və Türkiyə  regional əməkdaşlığı davam etdirmək məsələsində qətiyyətlidir"

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım İranın paytaxtı Tehranda parlament sədrlərinin "Terrorizmlə və ektremizmlə mübarizə" mövzulu ikinci konfransında iştirak etdi.

1103154
Yıldırım: "İran, Rusiya və Türkiyə  regional əməkdaşlığı davam etdirmək məsələsində qətiyyətlidir"

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım İranın paytaxtı Tehranda parlament sədrlərinin "Terrorizmlə və ektremizmlə mübarizə" mövzulu ikinci konfransında iştirak etdi.

Yıldırım konfransda çıxış edərək:"Bölgədə problemlərin həll edilməsi və bu ağrı-acıların sona çatması bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən İran, Rusiya və Türkiyə  regional əməkdaşlığı davam etdirmək məsələsində qətiyyətlidir" dedi.

İran prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Əli Laricani, Çin parlamentinin sədr müavini Çen Zu, Rusiya Dövlət Dumasının rəhbəri Vyacheslav Volodin, Pakistan Milli Məclisinin sədri Əsəd Kayser, Əfqanıstan Milli Məclisinin sədri Abdul Rauf İbrahiminin iştirakı ilə keçirilən konfransda terror təşkilatları ilə mübarizə məsələsində davam etdiriləcək əməkdaşlıqlar müzakirə olundu.

Terrorla mübarizədə regional əməkdaşlığın müvəffəqiyyətli ola bilməsi üçün ilk növbədə anlayış və ifadə birliyinin yaradılmasının əhəmiyyətini vurğulayan Yıldırım bunları söylədi:

"Əgər bir ölkədəki terror təşkilatı digər ölkələrdə terror təşkilatı kimi tanınmırsa, o zaman bu istiqamətdə müəyyən məsafə qət etməyimiz çətindir. Terrorla mübarizədə qurbanlar verən ölkələr bölgə ölkələridir, terrorun içində olan ölkələrdir. Lakin terrorun səbəblərini, qaynaqlarını təşkil edən bəzi planların və hədəflərin təəssüf ki, heç bir qurban vermədiyini görürük”.

Suriyada davam edən vətəndaş müharibəsi və terror hadisələrinə də toxunan Yıldırım Türkiyənin təxminən 4 milyon suriyalıya ev sahibliyi etdiyini xatırladaraq:"Bunu  təbii ki məmnuniyyətlə edirik, lakin bu fədakarlıq beynəlxalq ictimaiyyət tərəfindən də bölüşülməlidir" dedi.

Binəli Yıldırım növbəti konfransın Türkiyədə keçiriləcəyi barədə məlumat verdi, Tehranda müzakirə olunmayan daha spesifik mövzular ətrafında İstanbulda fikir mübadiləsi aparmaq və daha konkret nəticələr əldə etmək ümidini dilə gətirdi, konfrans hazırlıqlarının bir il ərzində texniki səviyyədə həyata keçiriləcəyini bildirdi.

Türkiyə Böyük Millət Məclisinin sədri  keçirdiyi görüşlərdən sonra Türkiyəyə yola düşdü.

 



Әlaqәli Xәbәrlәr