Terror təşkilatı ilə mübarizədə başqa terror təşkilatından istifadə etmək ağlasığan iş deyil

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım  Amerika Birləşmiş Ştatlarının  terror təşkilatı PYD / YPG-yə olan dəstəyinə reaksiya olaraq söylədi.

1102989
Terror təşkilatı ilə mübarizədə başqa terror təşkilatından istifadə etmək ağlasığan iş deyil

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım İranda Amerika Birləşmiş Ştatlarının terror təşkilatı PYD / YPG-yə olan dəstəyinə reaksiya göstərdi.

Binəli Yıldırım  İranın paytaxtı Tehranda keçirilən parlament sədrlərinin "Terrorla mübarizə və regional əməkdaşlığın inkişafı” mövzulu 2-ci konfransında iştirak etdi.

Konfransda çıxış edən məclis sədri: "Terror təşkilatı ilə mübarizədə başqa bir terror təşkilatından istifadə etmək ağlasığan iş deyil" dedi.

Konfransda açılış nitqi ilə çıxış edə İran prezidenti Həsən Ruhani də  Amerika Birləşmiş Ştatlarının ölkəsinə qarşı embarqo tətbiqini tənqid etdi.

Bu arada, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif konfransdan əvvəl verdiyi açıqlamada ABŞ-ın region ölkələrinə ehtiyaclarından çox silah satdığını söylədi.

Zərif: "Bu, ABŞ-ın regionda çox təhlükəli siyasət yürütdüyünün göstəricidir və bu siyasət regionu sülh və təhlükəsizliyə heç bir fayda verməyən, dağıdıcı bir silahla doldurulmuş barıt çəlləyinə çevirib" dedi.

İranın Xarici İşlər naziri Vaşinqtonun bölgəyə müxtəlif bəhanələrlə silah göndərdiyini söyləyərək: "Amerikalıların silahları Yəməndə Əl-Qaidə və Suriyada DEAŞ-ın əlinə keçdi. Bunu Avropa qəzetlərində oxuduq. Belə bir vəziyyət bizim təhlükəsizliyimizi davamlı şəkildə təhdid edir" dedi.

Tehranda Türkiyə, İran, Rusiya, Çin, Pakistan və Əfqanıstanın iştirakı ilə  təşkil edilən konfransda İran, Rusiya və Türkiyənin Suriyadakı müvəffəqiyyətli əməkdaşlığına də diqqət çəkildi.



Әlaqәli Xәbәrlәr