250 min dollar məbləğində daşınmaz əmlak alan əcnəbilər Türkiyə vətəndaşı ola biləcəklər

Artıq əcnəbilər Türkiyədə sona çatdırılmamış mənzil layihələrində nağd 250 min dollar (və ya bu məbləğin qarşılığında Türk lirəsi) ödəyərək və aldıqları daşınmaz əmlakın alqı-satqı müqaviləsini notariusa təqdim edərək Türkiyə vətəndaşı ola biləcəklər.

1102599

" Türkiyə Vətəndaşlığı Qanununun Tətbiqi Haqqında Əsasnamədə Dəyişiklik Edilməsinə Dair" tənzimləmə Rəsmi Qəzetdə dərc olundu.
 
 Əsasnamə ilə ən azı 250 min dollar (  qarşılığı olan valyuta, və ya  Türk lirəsi)  nağd ödəyərək daşınmaz əmlakı 3 il satılmaması şərtilə satın alan əcnəbilərin Türkiyə vətəndaşlığına keçmək hüququ qazanacağına dair maddəyə "tamamlanmamış bina layihələri üçün də" müddəası əlavə olundu.
 
 Beləliklə, layihəsi davam edən daşınmaz əmlakı satın alan bir əcnəbi  buna dair alqı-satqı müqaviləsini notariusa təqdim edərək Türkiyə vətəndaşı ola biləcək. Lakin sözügedən vəziyyətdə bu şəxsin 3 il müddətinə mənzil üzərindəki hüquqlarını təhvil verməməsi ilə bağlı öhdəlik götürməsİ tələb olunur.
 
Әlaqәli Xәbәrlәr