"Asiyanın şərq ucunda Çin, qərb ucunda Türkiyə iki strateji ölkədir", B.Yıldırım

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Çinin Baş naziri Li Kıçianq ilə görüşüb.

1100230
"Asiyanın şərq ucunda Çin, qərb ucunda Türkiyə iki strateji ölkədir", B.Yıldırım

  "Asiyanın şərq ucunda Çin, qərb ucunda Türkiyə iki strateji ölkədir". Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Çinə rəsmi səfəri zamanı bu ölkənin Baş naziri Li Kıçianq ilə görüşündə deyib.

Yıldırım görüşdə “Tarixi İpək Yolunun şərqindən Avropanın mərkəzinədək olan marşrutda yerləşən iki əhəmiyyətli ölkədən bəhs edirik. Çini biz də özümüz üçün strateji dost ölkə kimi görürük” deyib.

Çinin baş naziri Li də Çin və Türkiyənin maliyyə bazarında ulduzu parlayan iki ölkə olduğunu və çox əhəmiyyətli əməkdaşlıq tərəfdaşı olduğunu vurğulayaraq, “Çin tərəfi Türkiyə tərəfilə qarşılıqlı sevgi və mənfəətə əsaslanmış şəkildə əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır. Türk tərəfilə hər sahədə, hər səviyyədə əlaqədə olmağa da hazırdır” deyə bildirib.

TBMM sədri Yıldırım dünən də Çin Milli Xalq Konqresinin daimi komitə sədri Li Canşu ilə görüş keçirmişdi. O, sabah Şaanşi Əyalət Xalq Konqresinin daimi Komitə sədri Hu Hıping ilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr