Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Çində görüşlər keçirir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Türkiyə və Çinin regional və qlobal məsələlərdə oxşar fikirlərə sahib iki ölkə olduğunu bildirib.

1099683
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Çində görüşlər keçirir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Türkiyə və Çinin regional və qlobal məsələlərdə oxşar fikirlərə sahib iki ölkə olduğunu bildirib.

 Yıldırım paytaxt Pekindəki Tiananmen meydanında yerləşən Böyük Xalq Konqresində Çin Milli Xalq Konqresinin (ÇUHK) daimi Komitəsinin mədri (məclis sədri) Li Canşu ilə heyətlər arasındakı toplantıda bir araya gəlib.

 Görüşün mətbuata açıq hissəsində Yıldırım Türkiyə və Çin arasındakı münasibətlərin müsbət məcrada irəliləməyə davam etdiyinə işarə edərək, prezident Rəcəb Tayyib Ərdoğan və Çin Dövlət başçısı Şi Cinpingin Argentinada keçirilən G-20 sammiti zamanı etdikləri görüşdə iki ölkəni maraqlandıran məsələlərdə mühüm qərarlar aldıqlarını ifadə edib.

 Binəli Yıldırım deyib ki, Türkiye-Çin münasibətləri köklü bir təmələ əsaslanır. Asiyanın bir ucunda Çin, digər ucunda Türkiyə yer alır. Regional və qlobal məsələlərdə oxşar fikirlərə malik iki ölkəyik. Hökumətlər arasında əlaqələrin inkişafına paralel olaraq parlamentlərin əlaqələrini də inkişaf etdirmək, parlamentar diplomatiyanı daha səmərəli hala gətirməyə ehtiyac olduğunu düşünürəm.

 Yıldırım bu məqsədə uyğun olaraq, hər iki ölkənin dostluq qrupları arasındakı münasibətlərin başlanmasında səmərəli olduğunu dilə gətirib.

 Binəli Yıldırım Pekində BOE Texnologiya şirkətinə baş çəkib, şirkətin fəaliyyəti haqqında məlumat alıb.



Әlaqәli Xәbәrlәr