Ərdoğan bir daha Xaşoqçi cinayətindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi cinayəti ilə bağlı BMT-nin də dövrəyə girməsini təmin edəcəklərini söylədi.

1099157
Ərdoğan bir daha Xaşoqçi cinayətindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirak etmək üçün getdiyi Argentinadan Paraqvaya səfər edərkən mətbuat nümayəndələri ilə görüşdü.
 
 Görüşdə Camal Xaşoqçi cinayətinə toxunan Ərdoğan bu açıqlamaları verdi: "Çox güman ki, qorxurlar, çəkinirlər. Bu işlərlə məşğul olanlar  bunu yaxşı bilirlər. Lazım gələrsə, beynəlxalq məhkəməni ayağa qaldırmaq üçün Birləşmiş Millətlər Təşkilatının da dövrəyə girməsini təmin edəcəyik. Xaşoqçi cinayəti dəyirmi masa arxasında ciddi şəkildə müzakirə edilməlidir. Liderlərin sammitində Kanada Baş naziri  bunun üzərində az da olsa, dayandı. Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman verdiyi cavabda: "günahlandırma sabit olmadıqca, heç kim müqəssir bilinə bilməz" kimi bir ifadə işlətdi. Təəssüf ki, bizim də fürsətimiz olmadı. Fürsət olsaydı, mən orada bütün bu dəlillərin nələrdən ibarət olduğu üzərində dayanardım və vacibliyini ortaya qoyardım".
 
 Ərdoğan Səudiyyə Ərəbistanı rəhbərliyinə müraciətlə: "Xaşoqçinin cəsədi haradadır? Bunu sizin 20 nəfərlik qrupunuz bilir. Bilmədiklərini söyləmələri inandırıcı deyil" dedi.

 Xatırladaq ki, oktyabrın 2-də nikah proseduru ilə bağlı ölkəsinin İstanbuldakı Baş Konsulluğuna gedən Səudiyyə jurnalisti Camal Xaşoqçi burada vəhşicəsinə öldürülüb.



Әlaqәli Xәbәrlәr