İstanbul beynəlxalq tədbirə hazırlaşır

Beynəlxalq İslam və İqtisadiyyat Simpoziumu 8 dekabrda İstanbulda keçiriləcək. Tədbirdə 12 ölkədən 400-dən çox akademik, bürokrat və qeyri-hökumət təşkilatılarının nümayəndələri qatılacaq.

1099621
İstanbul beynəlxalq tədbirə hazırlaşır

İstanbul İktisatçılar Dərnəyinin başçılığında bu il 10-cu təşkil ediləcək Beynəlxalq İslam və İqtisadiyyat Simpoziumuna İstanbul Universiteti Konqres və Mədəniyyət Mərkəzi ev sahibliyi edəcək. 8-9 dekabrda reallaşacaq olan “21-ci əsrdə islam iqtisadiyyatını yenidən təhlil etmək” mövzulu tədbir tərkibində 6 fərqli iclas baş tutacaq.

İstanbul İktisatçılar Dərnəyinin rəhbəri Mustafa Bolatın sözlərinə görə Simpozium ilə iki əsas məqsədi reallaşdırılacaq. Bunlardan biri İslam iqtisadiyyatının, iqtisadi və sosial-iqtisadi böhranlardan xilas olmaq üçün təklif etdiyi strategiyaların yenidən mənimsətmək, ikincisi isə İslam iqtisadiyyatını yeganə iqtisadi rejim kimi ön plana çıxarmaqdır.

Reallaşacaq tədbirin, İstanbulun İslam sərmayəsinin mərkəzi olma istiqamətində atılan əhəmiyyətli addım olduğunu ifadə edən Bolat vurğulayıb ki, İlki 2008-ci ildə təşkil edilən simpoziumda, bu il İslam iqtisadiyyatı sahəsində dünyanın ən etibarlı alimləri bir araya gəlir. Amerika Birləşmiş Ştatları, Malayziya, İndoneziya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və Türkiyə başda olmaqla 12 ölkədən 30-dan çox universitet alim, ev sahibliyi edəcəyimiz tədbirdə iştirak edəcək. Bu da tədbirin əhəmiyyətinin və İslam iqtisadiyyatının ətraflı müzakirə ediləcəyinin göstəricisidir.



Әlaqәli Xәbәrlәr