Türkiyə və ABŞ Münbiçdə birgə hərbi təlimlərin ikincisini həyata keçirdi

Türkiyə Milli Müdafiə Nazirliyinin “twitter” hesabında yayılan məlumata görə...

1098944
Türkiyə və ABŞ Münbiçdə birgə hərbi təlimlərin ikincisini həyata keçirdi

  Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ Silahlı Qüvvələri Suriyanın Münbiç rayonunda müştərək patrul fəaliyyətlərilə bağlı birgə hərbi təlimlərin ikincisini həyata keçirib.  

  Ölkənin Milli Müdafiə Nazirliyinin “twitter” hesabında yayılan məlumata görə, “Münbiç Yol Xəritəsi və Təhlükəsizlik Prinsipləri əsasında Türkiyə və ABŞ Silahlı Qüvvələri Münbiçdə müştərək patrul fəaliyyətlərilə əlaqədar birgə hərbi təlimlərin ikincisi tamamlanmışdır".

  Qeyd edək ki, iki ölkənin hərbi qüvvələri birgə patrul üçün təlimlərə 2 oktyabrda Türkiyənin Qaziantep rayonunda başlamışdı.



Әlaqәli Xәbәrlәr