"Münaqişələrin qarşısının alınması üçün vasitəçiliyə ehtiyac var", M.Çavuşoğlu

“Davamlı sülh üçün vasitəçilik tətbiqlərinin inkişafı”  devizi ilə keçirilən 5-ci Vasitəçilik Konfransı İstanbulda keçirildi.

1098194
"Münaqişələrin qarşısının alınması üçün vasitəçiliyə ehtiyac var", M.Çavuşoğlu

“Davamlı sülh üçün vasitəçilik tətbiqlərinin inkişafı”  devizi ilə keçirilən 5-ci Vasitəçilik Konfransı İstanbulda keçirildi.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu göndərdiyi mesajda konfransın əhəmiyyətinə toxunaraq, münaqişələrin çox sayda insanın əziyyət çəkməsinə və iqtisadi və ekoloji fəlakətlərə səbəb olduğunu ifadə etdi.

Çavuşoğlu “5-ci İstanbul Vasitəçilik Konfransı vasitəçilik tətbiq etmələrinin geniş perspektivdə davamlı inkişaf məzmunu ilə gender və gənc ayrı-seçkiliyi etmədən yeni texnologiyalardan da istifadə edərək qiymətləndirəcəkdir" deyə bildirdi.

Çavuşoğlu münaqişələrin qarşısının alınması və sülhməramlı həlli üçün vasitəçiliyə ehtiyac olduğunu vurğuladı.

 Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş isə konfransa göndərdiyi mesajda “Silahlı münaqişələrin səbəb olduğu böyük iztirablar sülh yolu ilə həll edilməyə və qarşıdurmaların qarşısının alınması üçün səylərimizi artırmağa yönələn kollektiv məsuliyyətimizin əhəmiyyətini göstərməkdədir" dedi.

Quterreş "BMT-ni sülh proseslərində təmsil edən qadın sayı hazırda daha çoxdur, ancaq qadınların daha çox iştirakını təmin etməliyik. Sülhün katalizatoru olan gənclərə daha çox sərmayə qoymalıyıq. Zorakılıq mühitinin yenidən ortaya çıxmaması üçün sülh müqaviləsi əldədildiktən sonra vəziyyəti izləməyə davam etməliyik" deyə vurğuladı.

Xarici İşlər Nazirliyi Siyasət Planlaşdırma baş direktoru səfir Burak Akçapar isə konfransın açılışında etdiyi çıxışında İstanbulun şərq və qərbin hər zaman bir araya gəldiyi mühüm mərkəz olduğunu dilə gətirdi.



Әlaqәli Xәbәrlәr