"İstəsək, Asiyanı yenidən dünyanın cazibə mərkəzi edə bilərik", B.Yıldırım

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım daha gözəl bir dünyada yaşamağın bütün insanların haqqı olduğunu vurğulayıb.

1097676

  İstanbulda təşkil edilən Asiya Parlamentlər Assambleyasının 11-ci Baş Toplantısında çıxış edən B.Yıldırım deyib:  

  “İstəsək, Asiya yenidən dünyanın cazibə mərkəzi edər, bəşəriyyətin ümidi halına gətirə bilərik. Bununçün Asiyanın bütün parlamentlərinin üzərinə vəzifələr düşür. Münaqişələrin bölgəmizə, bəşəriyyətə heç bir faydası yoxdur. Nə etməliyik? - Mövcud problemləri aradan qaldırmaq, parlamentlərarası diplomatiyanı səmərəli istifadə etmək, hökumətlərimizin birgə fəaliyyətinə töhfə vermək.

  Dünya 21-ci əsrin son rübündə girdiyi turbulentlikdən (hava boşluğu-red.) mütləq çıxmalıdır".  

  Heç bir dövlət sərhədlərinə yüksək divarlar hörərək problemlərdən xilas ola bilməz. Problemlərin həlli dünyanı bütövlükdə müzakirədən keçər".

Әlaqәli Xәbәrlәr