Ərdoğan və Türkiyə heyəti Argentinada

Ərdoğan ilə xanımı Əminə Ərdoğanla birlikdə Türkiyə heyətində ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyə naziri Berat Albayrak və Milli Müdafiə naziri Hulusi Akar var.

1097660
Ərdoğan və Türkiyə heyəti Argentinada

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G 20 Liderlər Sammitində iştirak etmək üçün xüsusi təyyarə TC-TRK ilə Türkiyə saatı ilə 17.00-da Argentinanın paytaxtı Buenos-Ayresə çatdı.

  Buenos-Ayres Ezezia Hava Limanında R.T.Ərdoğan və Türkiyə heyətini Argentina Mədəniyyət naziri Pablo Avelluto, Türkiyənin Argentinadakı səfiri Maral Barlas və digər rəsmilər qarşılayıb.

  Ərdoğan ilə xanımı Əminə Ərdoğanla birlikdə Türkiyə heyətində ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyə naziri Berat Albayrak və Milli Müdafiə naziri Hulusi Akar var.



Әlaqәli Xәbәrlәr