Mədəniyyət və Turizm naziri Mehmet Nuri Әrsoy Çindә görüşlәr keçirir

Türkiyәnin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Әrsoy Çindә keçirdiyi görüşlәri çәrçivәsindә çinli həmkarı Luo Şuqanq ilə paytaxt Pekindә bir araya gәlib.

1097508

Mәlumata görә, görüş mәtbuat üçün qapalı keçirilib. Görüşdә Çin vә Türkiyә arasında turizm sahәsindә әmәkdaşlığının perspektivlәri müzakirә olunub.

Görüşdә hәmçinin iki ölkә arasında mәdәniyyәt sahәsindәki әmәkdaşlıq çәrçivәsindә Çindә yaradılması planlaşdırılan Yunus Emre İnstitutu mәsәlәsindә atılacaq addımlar qiymәtlәndirilib.

Nazir Mehmet Nuri Әrsoy bu gün hәmçinin Çindә 2018-ci ilin Türkiyә Turizm İli  olaraq qeyd edilməsi münasibətilə keçirilәn konsertdә iştirak edәcәk.

Әlaqәli Xәbәrlәr