THY Afrikada uçuş istiqamətlərini artırmağa davam edir

Türkiyə Hava Yolları Qambiyanın paytaxtı Bancula müntəzəm reyslər həyata keçirməyə başladı.

1095743
THY Afrikada uçuş istiqamətlərini artırmağa davam edir

Türk  Hava Yolları Qambiyanın paytaxtı Bancula müntəzəm reyslər həyata keçirməyə başladı.
 
Məlumatı THY-nın mətbuat mərkəzi yaydı.
 
 THY Qambiyanın paytaxtı Bancula başladığı reysləri ilə Afrika qitəsində  ən çox uçuş istiqamətləri olan hava yolu kimi liderliyini davam etdirir.
 
 Bancul səfərləri Dakardan tranzitlə həftədə iki dəfə həyata keçiriləcək.
 
 Qambiyanın paytaxtı və eyni zamanda, əhəmiyyətli bir liman şəhəri olan Bancul Qərbi Afrikada, Atlantik okeanının sahilində yerləşir.
 
 THY Bancul səfərləri ilə Afrikada uçduğu istiqamət sayını 54-ə yüksəldərək, bu qitədəki mövcudluğunu gücləndiridi.
 
 Beləliklə, şirkət uçduğu ölkə sayını 123-ə, istiqamət sayını isə 305-ə çıxardı.
 
 Bancul reysinin açılış mərasimində çıxış edən THY 2-ci Bölgə Satış rəhbəri Kərəm Sarp orta və uzunmüddətli perspektivdə Afrikanın dünya turizmi və ticarətində əhəmiyyətinin artacağına inandıqlarını, bu potensiala sərmayə qoymağa davam edəcəklərini bildirdi.
 
 THY ilə İstanbul-Bancul reysinin geri qayıdış haqqı 548,2 dollardan, Bancul- İstanbul geri qayıdış haqqı 649,2 dollardan başlayacaq.



Әlaqәli Xәbәrlәr