Ərdoğan: “Rusiya və Ukraynanı problemlərini dialoqla həll etməyə çağırırıq”

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukraynanı qarşı-qarşıya yox, yan-yana görməkdən məmnun olacaqlarını söylədi.

1095825
Ərdoğan: “Rusiya və Ukraynanı problemlərini dialoqla həll etməyə çağırırıq”

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukraynanı qarşı-qarşıya yox, yan-yana görməkdən məmnun olacaqlarını söylədi.

Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında gündəmi qiymətləndirdi.

Çıxışında Rusiya və Ukrayna arasındakı gərginliyə toxunan Ərdoğan vəziyyətdən kədərləndiyini bildirərək dedi: “İki ölkə ilə də qurduğumuz əlaqələri gələcəkdə davam etdirməyə ümidimiz var. Qara dənizin təcili olaraq sülh dənizinə çevrilməsini istəyirik. Rusiya və Ukraynanı bir daha problemlərini dialoqla həll etməyə çağırırıq”.

Rusiya ilə Ukraynanı yan-yana görməkdən məmnun olacaqlarını vurğulayan Ərdoğan “Bu iki ölkə insanlarının yenidən tarixi keçmişlərinə qayıtmalarının xeyirli olacağını düşünürük” dedi.

Qeyd edək ki, noyabrın 25-də Rusiyaya məxsus döyüş gəmiləri Ukraynanın Odessa limanından Mariupol limanına doğru üzən 3 Ukrayna döyüş gəmisinə Azov dənizinin Kerç boğazı yaxınlığında müdaxilə edib.



Әlaqәli Xәbәrlәr