Mövlud Çavuşoğlu: ''Ukrayna vә Rusiyanı sağlam düşüncәyә dәvәt edirәm''

Mövlud Çavuşoğlu Slovakiyanın Xarici İşlәr vә Avropa mәsәlәlәri üzrә naziri Miroslav Lajcakla İstanbulda keçirdiyi birgә mәtbuat konfransından sonra jurnalistlәrin gündәmә dair suallarini cavablandırıb.

1095210
Mövlud Çavuşoğlu: ''Ukrayna vә Rusiyanı sağlam düşüncәyә dәvәt edirәm''

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Ukrayna vә Rusiyanı sağlam düşüncәyә dәvәt edib.

Mövlud Çavuşoğlu Slovakiyanın Xarici İşlәr vә Avropa mәsәlәlәri üzrә naziri Miroslav Lajcakla İstanbulda keçirdiyi birgә mәtbuat konfransından sonra jurnalistlәrin gündәmә dair suallarını cavablandırıb.

Jurnalistlәrin Rusiya ilә Ukrayna arasında yaşanan gәrginlik ilә bağlı sualını cavablandıran Mövlud Çavuşoğlu deyib:  ‘‘Yaşananları yaxından tәqib edirik. Rusiya vә Ukraynanı sağlam düşüncәyә dәvәt edirәm. Krımın statusu vә bәzi mәsәlәlәrdә mübahisәlәr davam edir. Hәll edilmәyәn problemlәr var. Qeydri-müәyyәnliklәrin hәll edilmәsı üçün zamana ehtiyac var’’.

‘‘Belә problemlәrin bir daha yaşanmaması üçün bәzi qaydalar  müәyyәnlәşdirilmәlidir. Onsuz da Qara dәnizdә kifayәt qәdәr gәrginlik var. Yaşanan son hadisә  gәrginliyin sәviyyәsini  artırıb. Biz bunun tәrәfdarı deyilik. Hәr iki ölkә ilә yaxşı münasibәtlrimiz var. Bu mәsәlә ilә bağlı hәr iki ölkә ilә danışıqlar aparacağıq’’,-deyә Türkiyә Xarici İşlәr naziri Mövlud Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, dünən səhər saatlarında Azov dənizində Rusiyaya məxsus döyüş gəmiləri ilə Ukrayna döyüş gəmilərinin qarşı-qarşıya gəldiyi qeyd edilmiş, Rusiyaya məxsus  gəmilər Rusiya su sərhədlərinə daxil olduğu iddiası ilə Ukrayna döyüş gəmilərinə müdaxilə etmişdi.

Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığı Azov dənizindəki Kerç Boğazı ətrafında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi gəmisindən Ukrayna döyüş gəmilərinə atəş açıldığını bildirmişdi. Komandanlıqdan verilən məlumatda açılan atəş nəticəsində iki  Ukrayna әsgәrinin yaralandığı, Ukraynaya məxsus gəminin  zərər gördüyü vә Ukrayna gəmilərinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirildiyi qeyd edilmişdi.



Әlaqәli Xәbәrlәr