Mədəniyyət və Turizm naziri Mehmet Nuri Әrsoy Bosniya və Herseqovinaya sәfәr edib

Nazir Mehmet Nuri Әrsoy  ölkәnin paytaxtı Saraybosnada Vәqflәr Baş İdarәsinin tәşkilatçılığı ilә keçirilәn iş mərkəzinin açılış mәrasimindә olub.

1094440
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Әrsoy Bosniya və Herseqovinaya sәfәr edib

Türkiyәnin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Әrsoy  Bosniya və Herseqovinaya sәfәr edib.

Nazir Mehmet Nuri Әrsoy  ölkәnin paytaxtı Saraybosnada Vәqflәr Baş İdarәsinin tәşkilatçılığı ilә keçirilәn iş mərkəzinin açılış mәrasiminә qatılıb.

Burada çıxış edәn nazir Әrsoy deyib: ‘‘Mədəniyyətimizi yaşatmaq, ortaq dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürmək istәyirik’’.

Qeyd edәk ki, Türkiyә hazırda Bosniya vә Herseqovinada 12 layihәyә dәstәk verir. Nazir Mehmet Nuri Әrsoy  Türkiyәnin dәstәyinin davam edәcәyini vurğulayıb.

Nazir Әrsoy daha sonra Mostar şәhәrinә sәfәr edәrәk Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tәrәfindәn bәrpa edilәn ‘‘Qaragöz  Bәy’’ mәdrәsәsinin açılış mәrasimindә iştirak edib.



Әlaqәli Xәbәrlәr