Türkiyənin Van rayonuna qeyri-qanuni keçən 33 qaçqın yaxalandı

Nizamsız qaçqınlar sağlıq nəzarətindən sonra Van Rayon Miqrasiya İdarəsinə təhvil verilib.

1094196
Türkiyənin Van rayonuna qeyri-qanuni keçən 33 qaçqın yaxalandı

  Türkiyənin Van rayonunun Gürpınar qəsəbəsində ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edilən 33 qaçqın yaxalandı.

  Rayon Polis İdarəsinin briqadaları Hakkari-Van quru yolunda reyd zamanı şübhəli bir mikroavtobusu dayandırıb.

  Maşında 31 Əfqanıstan və 2 Pakistan vətəndaşının ölkəyə qeyri-qanuni yollardan daxil olduğu müəyyənləşib.

  Nizamsız qaçqınlar sağlıq nəzarətindən sonra Van Rayon Miqrasiya İdarəsinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr