"Türkiyənin qət etdiyi məsafədən hədəfləri daha əhəmiyyətlidir", R.T.Ərdoğan

İstanbulun “CNR Expo” Sərgi Mərkəzində keçirilən MÜSİAD Ekspo tədbirinin bağlanış mərasimində çıxışı zamanı Ərdoğan deyib...

1094177
"Türkiyənin qət etdiyi məsafədən hədəfləri daha əhəmiyyətlidir", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə investisiya üçün gələnlərin yanında olduqlarını vurğulayıb.

  İstanbulun “CNR Expo” Sərgi Mərkəzində keçirilən MÜSİAD Ekspo tədbirinin bağlanış mərasimində çıxışı zamanı Ərdoğan deyib:

  “Sadəcə özümüz deyil, birlikdə qazanmaq ticarət anlayışı ilə hərəkət etdiyimiz üçün hər yerdə hüsnü-qəbul görürük.

  Bu dövrdə qlobal maliyyə böhranına və çevriliş cəhdinə (15 İyul 2016) baxmayaraq, Türkiyəni ildə orta hesabla 5,8 faiz inkişaf etdirdik.  

  Turizmdə də tarixi rekord qırdıq, 40 milyondan çox qonaq qəbul etdik.

  Ölkəmizin qət etdiyi məsafədən hədəfləri daha əhəmiyyətlidir. Türkiyəni 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatından biri etmək istəyirik. Bütün imkanlarımızla ölkəmizə investisiya üçün gələnlərin yanındayıq. Son 5 ildir üst-üstə yaşadığımız hücumlara baxmayaraq, məqsədimizə nail olmaqda qərarlıyıq".



Әlaqәli Xәbәrlәr