Türk soylular Avstraliyanın Viktoriya parlamentinin deputatı oldu

Avstraliyanın Viktoriya əyalətində yerli parlament seçkilərində iqtidardakı Fəhlə Partiyasından İdman və Turizm naziri Hamdi Eren, millət vəkilləri Adem Kubilay Somyürek və Nazlı Süleyman yenidən deputat seçilib.

1094199

  Viktoriya Əyalət Parlamentini formalaşdıran Ali Məclisin 40, Alt Parlamentin 88 üzvünü təyin edən 24 noyabr seçkilərində təxminən 4 milyon insan seçkidə iştirak edib.

  Fəhlə Partiyasından namizəd Yum (Hume) Bələdiyyəsinin keçmiş sədri Burhan Yiğitin vəziyyəti isə bütün səslərin sayılmasından sonra aydın olacaq.

  Melburn (Melbourneun) Brimbank Bələdiyyəsi sədrliyindən sonra ötən seçkilərdə Viktoriya Əyalət Parlamentinə seçilən ilk türk qadın deputat Nazlı Süleyman verdiyi açıqlamada ikinci dəfə seçilməyin xoşbəxtliyini yaşadığını söyləyib.

Әlaqәli Xәbәrlәr