Rəcəb Tayyib Ərdoğan: "Mədəni köklərimizdə cinsi ayrı-seçkilik yoxdur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 3-cü Beynəlxalq Qadın və Ədalət toplantısında  iştirak etdi.

1093633
Rəcəb Tayyib Ərdoğan: "Mədəni köklərimizdə cinsi ayrı-seçkilik yoxdur"

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 3-cü Beynəlxalq Qadın və Ədalət toplantısında  iştirak etdi.
 
 Toplantıda çıxış edən Ərdoğan: "Ailə institutunun güclü olmadığı cəmiyyətin gələcəyi qadın üçün də, kişi üçün də eyni dərəcədə qaranlıqdır. Qadına qarşı diskriminativ münasibətimiz mümkün deyil.  İnsanın fitrətində yaradılanlara eyni gözlə baxmaq vardır. Mədəni köklərimizdə də cinsi ayrı-seçkilik deyilən bir şey yoxdur" dedi.
 
 Prezident Türkiyədə universitet əməkdaşlarının  44%-dən çoxunun qadınlardan ibarət olduğunu vurğulayaraq: "Memarlarımızın və vəkillərimizin də təxminən 44%-i qadındır. Hakim və prokurorlarımızın 31%-dən, diplomatlarımızın  20%-dən çoxu qadındır. Müəllimlərin 56%-i, bank işçilərinin isə 51%-i qadındır" deyə danışdı.



Әlaqәli Xәbәrlәr