İ.Kalın: ''Rәcәb Tayyib Әrdoğan Mәhәmmәd ibn Salmanla görüşә bilәr''

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Prezident Rәcәb Tayyib Әrdoğanın Argentinada keçirilәcәk G-20 sammiti çәrçivәsindә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd bin Salmanla görüşә bilәcәyini söylәyib.

1093177
İ.Kalın: ''Rәcәb Tayyib Әrdoğan Mәhәmmәd ibn Salmanla görüşә bilәr''

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Prezident Rәcәb Tayyib Әrdoğanın Argentinada keçirilәcәk G-20 sammiti çәrçivәsindә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd ibn Salmanla görüşә bilәcәyini söylәyib.

İbrahim Kalın Türkiyәnin paytaxtı Ankarada Yıldırım Bәyazit Universitetindә keçirilәn  Türkiyә-Rusiya Cәmiyyәt Forumunda jurnalistlәrin gündәmә dair suallarını cavablandırıb.

Jurnalistlәrin Argentinada keçirilәcәk G-20 sammiti çәrçivәsindә Prezident Rәcәb Tayyib Әrdoğanın  Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd ibn  Salmanla  görüşüb-görüşmәyәcәyi ilә bağlı sualını cavablandıran İbrahim Kalın deyib: ‘‘Görüş ola bilәr’’.

‘‘Oskar’’ laureatı Oliver Stounun  (Oliver Stone) Prezident Rәcәb Tayyib Әrdoğanın hәyatı ilә bağlı sәnәdli film çәkәcәyi ilә әlaqәdar yayılan xәbәrlәrә münasibәt bildirәn  İbrahim Kalın: ‘‘Bir müddәtdir ki bununla bağlı xәbәrlәr var. Bunu düşünürük’’ söylәyib.



Әlaqәli Xәbәrlәr