Türkiyә Kabildә törәdilәn terror aktını qınadı

Türkiyə  Əfqanıstanın paytaxtı Kabildə dünən törәdilәn terror aktlarını qınayıb.

1091936
Türkiyә Kabildә törәdilәn terror aktını qınadı

Türkiyə  Əfqanıstanın paytaxtı Kabildə dünən törәdilәn terror aktlarını qınayıb.

Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada deyilir: ‘‘ Әfqanıstanın paytaxtı Kabildә Mövlud günü münasibәtilә keçirilәn tәdbirdә törәdilәn terror aktı nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı  xәbәr bizi kәdәrlәndirdi’’.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘ Törәdilәn hücumu qınayır, hücum nәticәsindә hәlak olanlara Allahdan rәhmәt, dost Әfqanıstan hökumәtinә vә xalqına  dәrin hüznlә başsağlığı veririk’’.

 Qeyd edәk ki, Kabildә Mövlud günü münasibәtilә keçirilәn tәdbirdә törәdilәn terror aktı nәticәsindә 50 nәfәr hәlak olub, 85 nәfәr dә yaralanıb.



Әlaqәli Xәbәrlәr