Mövlud Çavuşoğlu ABŞ görüşlərinin konstruktiv  keçdiyini bildirdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Amerika Birləşmiş Ştatlarından ekstradisiyasını tələb etdiyi 84 FETÖ üzvünün siyahısını ABŞ Dövlət katibinə və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisinə verdiyini bildirdi.

1091948
Mövlud Çavuşoğlu ABŞ görüşlərinin konstruktiv  keçdiyini bildirdi

 ABŞ-da səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Vaşinqton Səfirliyinin iqamətgahında Türkiyənin mətbuat nümayəndələri ilə görüşdü.

  ABŞ tərəfi ilə FETÖ, ABŞ-ın separatçı terror təşkilatı YPG/PKK-ya dəstəyi, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Səudiyyə jurnalisti Camal Xaşoqçi cinayəti və Suriya məsələlərini müzakirə etdiklərini qeyd edən Çavuşoğlu görüşlərin konstruktiv  keçdiyini bildirdi.

  Çavuşoğlu Türkiyənin ABŞ-dan ekstradisiyasını tələb etdiyi 84 FETÖ üzvünün adının olduğu siyahını ABŞ Dövlət katibi Mayk Pompeoya (Mike Pompeo) və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltona (John Bolton) verdiiyini bildirdi.

 Xaşoqçi cinayəti məsələsində Türkiyənin mövqeyinin aydın olduğunu qeyd edən Çavuşoğlu hadisənin işıqlandırılmasında israr etdiklərini təkrarlayaraq: "Göstərişin kimdən alındığının üzə çıxmasını istəyirik. Bir sıra ölkə Səudiyyə Ərəbistanı ilə münasibətlərini pozmaq istəmir, biz də istəmirik. Lakin cinayətin üstü açılmalıdır" dedi.

  Suriya məsələsinə də toxunan Xarici İşlər naziri Münbiç yol xəritəsinin digər bölgələrə də tətbiq olunması üçün Türk və amerikan birliklərinin qarşıdakı günlərdə bir araya gələcəyi barədə məlumat verdi.

  Münbiçdə ABŞ ilə birgə nəzarət fəaliyyətinin başladığını və prosesin sürətləndiyini deyən Çavuşoğlu: " YPG tamamilə Münbiçdən çəkilmədən, idarəetmə və təhlükəsizlik orqanları ilə bağlı ortaq qərarlar qəbul edilmədən bu prosesin yekunlaşdığı barədə fikir yürüdə bilmərik" ifadələrini işlətdi.

Vaşinqton görüşləri çərçivəsində əvvəl ABŞ Dövlət katibi Mayk Pompeo (Mike Pompeo) ilə, daha sonra isə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla (John Bolton) görüşdüyünü qeyd edən Çavuşoğlu: "Pompeo ilə keçirdiyimiz görüşdə münasibətlərimizin  irəli aparılmasından, normallaşdırılmasından, bu istiqamətdəki gözləntilərimizdən danışdıq. FETÖ və ABŞ-ın Suriyada YPG ilə əməkdaşlıq məsələləri ilə bağlı narahatlığımızı dilə gətirdik, bunlarla əlaqədar nələrin edilməsinin lazım olduğunu bildirdik" dedi.

 İrana tətbiq etdiyi sanksiyaları da müzakirə etdiklərini bildirən Xarici İşlər naziri: "Türkiyəyə verilən istisnalar əhəmiyyətlidir, lakin bunun davamlı olması və əhatə dairəsinin geniş olması da mühümdür" dedi.



Әlaqәli Xәbәrlәr