Çavuşoğlu Vaşinqtonda Pompeo ilə görüşəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu axşam Amerika Birləşmiş Ştatlarının Xarici İşlər naziri Mayk Pompeo ilə görüşəcək.

1091279
Çavuşoğlu Vaşinqtonda Pompeo ilə görüşəcək

 ABŞ-da səfərdə olan Türkiyənin Xarici İşlər naziri  Mövlud Çavuşoğlu Nyu-York şəhərindəki görüşlərindən sonra Vaşinqtona gedir.
 
 Çavuşoğlu ABŞ- Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.
 
Görüşdə Camal Xaçoqçi cinayəti, Suriyanın Münbiç bölgəsinin separatçı terror təşkilatı YPG/PKK birliklərindən azad olunması, Fətullahçı terror təşkilatının (FETÖ) başçısının ekstradisiyası məsələlərinin müzakirəsi gözlənilir.
 
 Görüşdə digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.
 
 Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri  Nyu-Yorkdakı görüşlərində axşam Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres ilə bir araya gəlib. Görüşdə Xaşoqçi cinayəti ilə yanaşı, Yəmən, Suriya, Kiprdəki proseslər müzakirə olunub.



Әlaqәli Xәbәrlәr