Türkiyə vitse-prezidenti və heyətinin Sudan səfəri

Türkiyənin vitse-prezidenti Fuad Oqtay sudanlı həmkarı Bakri Hassan Salehin dəvətilə 19-21 noyabr tarixlərində Sudana rəsmi səfər edir.

1090141
Türkiyə vitse-prezidenti və heyətinin Sudan səfəri

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay sudanlı həmkarı Bakri Hassan Salehin dəvətilə 19-21 noyabr tarixlərində Sudana rəsmi səfər edəcək.

  Keçiriləcək görüşlərdə iki ölkə arasında yüksək səviyyədə gedən ikitərəfli əlaqələr, əməkdaşlığın bütün istiqamətləri, regional və beynəlxalq proseslər müzakirə olunacaq.

  Səfər çərçivəsində Türkiyə-Sudan İkitərəfli İqtisadi Komissiyasının XV sessiyası da təşkil ediləcək, prezident Rəcəb Tayyib Ərdoğanın Sudana 2017-ci ilin dekabrında etdiyi səfər zamanı təsis olunan və yaxınlarda ilk toplantısı keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının gündəliyilə bağlı fikir mübadiləsi aparılacaq.

  Türkiyənin vitse-prezidentinin Sudan səfəri heyətində ölkənin Ticarət naziri Ruhsar Pekcan ilə Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli başda olmaqla, əlaqədar nazirliklərin müavinləri və çox sayda qurumdan yüksək səviyyəli nümayəndələr də təmsil olunacaq.



Әlaqәli Xәbәrlәr