"Baş Prokurorluğun Camal Xaşoqci  cinayətilə əlaqəli açıqlamaları qaneedici deyil",M.Çavuşoğlu

Türkiyə Səudiyyə Ərəbistanı Baş Prokurorluğunun Camal Xaşoqci cinayətilə əlaqəli açıqlamalarının qaneedici  olmadığını bildirdi.

1088706
"Baş Prokurorluğun Camal Xaşoqci  cinayətilə əlaqəli açıqlamaları qaneedici deyil",M.Çavuşoğlu

Türkiyə Səudiyyə Ərəbistanı Baş Prokurorluğunun Camal Xaşoqci  cinayətilə əlaqəli açıqlamalarının qaneedici  olmadığını bildirdi.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Alanya qəsəbəsində həmin mövzuya dair açıqlamasında bildirib ki, baş prokuror açıqlama vermədən əvvəl Səudiyyə Ərəbistanı zəng etdi, yarım saat sonra baş prokurorun bu açıqlamanı verəcəyini əvvəldən bildirdi.

Səudiyyəli baş prokurorun açıqlamalarının qaneedici olmadığını vurğulayan Çavuşoğlu “Xaşoqcinin cəsədi haradadır? Təlimat verənlərin, bu işə gerçək cəlb edənlərin ortaya çıxması lazımdır, bu proses bu tərz başa çatdırılmamalıdır. Prosesi təqib edəcəyik. 11 nəfər yaxalandığını başa düşürük. Daha əvvəl 18 nəfər tutulmuşdu. 11 nəfərdən beşinin edamı istənirdi. Digərləri nə üçün azadlığa buraxıldı? Bu şəxsin ölkəsinə geri aparılması qarşısında müqavimət göstərdiyi üçün öldürüldüyü söylənir, halbuki əvvəldən planlaşdırılıb. Meyitin parçalanması o anlıq bir iş deyil. Əvvəldən öldürülüb parçalanması üçün lazım olan materiallar konsulluğa gətirilib ”-deyə qeyd edib.

Qeyəd edək ki, Camal Xaşoqqi oktyabrın 2-də evlilik üçün sənədləşdirmə işləri üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirilib.



Әlaqәli Xәbәrlәr