Türkiyә Silahlı Qüvvәlәri dörd PKK terrorçusunu da zәrәrsizlәşdirdi

Bu barədə Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb.

1087891
Türkiyә Silahlı Qüvvәlәri dörd PKK terrorçusunu da zәrәrsizlәşdirdi

Türkiyə Silahlı Qüvvələri terror tәşkilatı PKK-ya qarşı növbəti əməliyyat keçirib.

Bu barədə Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb.

Mәlumatda  bildirilir ki, antiterror əməliyyatı İraqın şimalındakı Metina bölgәsindә  həyata keçirilib. Əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib. Onların Türkiyə ərazisində hücumlara hazırlaşdıqları bildirilir.

Əməliyyat zamanı həmçinin terrorçuların sığınacağı və döyüş sursatları mәhv edilib.

Türkiyәnin Milli Müdafiә Nazirliyindәn daha әvvәl verilәn mәlumatda Zap, Hakurk, Kandil, Avaşin-Basyan vә Saint-Haftanin bölgәlәrindә hava әmәliyyatının keçirildiyi vә 19 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr